65c1ada334f6f202402245515
Bakıda qazanxanada partlayış olub - Xəsarət alan var - FOTOlar

Yasamal rayonundakı qazanxanada baş verən partlayışda bir nəfər xəsarət alıb.

Panarama.az xəbər verir ki, həmin şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Partlayış səbəbindən qazanxanın ətrafındakı binaların pəncərə şüşələri qırılıb.

Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.

Hadisənin təfərrüatı araşdırılır./lent.az


***

Saat 05:33

Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış baş verib.

Panarama.az APA-ya istinadən xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib, 1 nəfər isə xəsarət alıb.

Hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.

Hadisənin təfərrüatı araşdırılır.


06.02.2024 05:33
646

(MGID): :
OXŞAR XƏBƏRLƏR