Bakının Sabunçu rayonunda iki nəfər dəm qazından zəhərlənib.
Panarama.az APA-ya istinadənxəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, hamam otağında olan 2010-cu il təvəllüdlü Kərimova Vəfa Sadiq qızı və 2009-cu il təvəllüdlü Murtuzova Xədicə Heydər qızı çimərkən dəm qazından zəhərləniblər.
Azyaşlılar yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, X.Murtuzovanın valideynləri uşağı qonşuya müvəqqəti baxmaq üçün veribmiş.