665107ad2cbcb202405243333
Bakıda "qoçu" sürücü xanımın yolunu kəsib küt alətlə ona hücum etdi... VİDEO

Bakıda taksi sürücüsü qadın sürücüyə qorxulu anlar yaşadıb. Həmin anlar həmin xanımın nəqliyyat vasitəsində olan videoqeydiyyatçı tərəfindən lentə alınıb.

Bu barədə videogörüntülər Oxu.Az-ın redaksiyasına göndərilib. Videogörüntülərdən aydın olur ki, hadisə mayın 23-də saat 11:36-da Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, üzərində taksi nişanı olan nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi "Opel" markalı 99-UP-654 dövlət nömrə nişanlı avtomobili ilə xanım sürücünün qarşısını kəsib. Daha sonra əlində dəyənəklə nəqliyyat vasitəsindən düşərək xanım sürücünün avtomobilinə doğru hücum çəkib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Məlum hadisənin daha ətraflı təfərrüatını öyrənmək məqsədilə videogörüntü ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərilib.

25.05.2024 01:29
676

OXŞAR XƏBƏRLƏR