6553c04e20fcb202311234534
Bakıda reper kimi tanınan gənc itkin düşüb

Bakıda reper kimi tanınan 1991-ci il təvəllüdlü İbrahim Nəzərli itkin düşüb.

Panarama.az xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, o, noyabrın 9-da, saat 15:00 radələrində, Qaradağ rayonu Sahil qəsəbəsində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ qara qarışıqlı idman ayaqqabısı, əynində ağ rəngdə kofta, qara papaqlı idman gödəkçəsi olub.

Hadisə ilə bağlı polisə məlumat verilib.

İ.Nəzərlini görən və ya onun barəsində məlumatı olanlardan 050 644 33 15 nömrəli telefona və ya Daxili İşlər Nazirliyinin ''102'' xidməti-zəng mərkəzinə xəbər vermələri xahiş olunur.

14.11.2023 22:42
402

(MGID): :
OXŞAR XƏBƏRLƏR