Bakıda reyd zamanı insident
Bakıda polisin üzünə gözyaşardıcı sprey sıxan və baş nahiyəsinə yumruqla vuran sürücü həbs edilib.
Panarama.az Qaynarinfo-ya istinadən məlumatına görə, 13 avqust 2023-cü il tarixdə, saat 23:00 radələrində Nizami rayonu, Heydər Əliyev prospektində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən olmayan 1993-cü ildə Zaqatala şəhərində anadan olmuş, Nərimanov rayonu, Təbriz küçəsində yaşayan Elxan (şərti) adlı sürücü saxlanılıb.
"VAZ 2106” markalı dövlət qeydiyyat nişanlı avtomobili ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən yol polisi onu saxlayıb. Ünsiyyət zamanı sürücüdə sərxoşluq əlamətləri müşahidə edildiyi üçün müayinəyə dəvət edilib. Bundan imtina edildiyi üçün məcburi aparılma qərarı verilib. Bu zaman Elxan polis əməkdaşının üzünə gözyaşardıcı sprey sıxıb, baş nahiyəsinə isə yumruq vurub. Bundan sonra iki YPX əməkdaşı və PPX əməkdaşları onu məcbur maşına mindirib, polis şöbəsinə aparıblar. Barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Məhkəmədə ifadə verən sürücü bildirib ki, avtomobili ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən yol polisi onu saxlayıb. Əvvəl ona deyiblər ki, avtoxuliqanlıq edib, buna etirazını bildirib, sonra DİN-nin 102 xidmətinə zəng edib. 102-dən ona deyilib ki, özünü azad etməli, avtomobilini də buraxmalıdılar. Bunu yol polisi əməkdaşına deyin, lakin onlar razı olmayıblar və içkili olduğunu deyiblər.
Bundan sonra YPX və PPX əməkdaşları onu maşına mindirib, polis şöbəsinə aparıblar. Oradan isə həkim müayinəsinə aparılıb, müayinə zamanı "patı”, "marixuana” çəkdiyini deyiblər. O, etiraz edərək ancaq mariuxuanadan istifadə etməsi ilə razılaşıb, lakin bu maddədən həmin gün istifadə etməyib, ayıq olub.
Məhkəmənin qərarı ilə Elxan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.