6805c6711b693202504251545
Bakıda şadlıq evinin qarşısında DAVA: Polis müdaxilə edib
Bakının Bakıxanov qəsəbəsində bir qrup şəxs arasında mübahisə baş verib.

Panarama.az Baku.ws-ə istinadən xəbər verir ki, dərhal əraziyə polislər cəlb olunub və onların müdaxiləsindən sonra mübahisənin böyüməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən şadlıq evlərinin birində bir qrup şəxs arasında baş verən mübahisə ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əraziyə cəlb olunaraq ictimai asayiş bərpa edilib.

Tərəflər müəyyən olunaraq polis orqanına gətiriliblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

21.04.2025 08:13
173

(MGID): :
OXŞAR XƏBƏRLƏR