679a424e261ec202501255926
Bakıda sərnişin avtobusu beş avtomobilə çırpıldı: Daşıyıcı şirkət hadisənin səbəbini AÇIQLADI.. FOTO


Bu gün Günəşli qəsəbəsində baş verən hadisədə istismarımızda olan 50 nömrəli avtobus iki avtomobilə ziyan vurub".

Bunu "Vətən.AZ-Trans" MMC-nin rəhbəri Babək Aslanov Oxu.Az-a açıqlamasında deyib.

O qeyd edib ki, hadisənin baş verməsinə səbəb dönmə edən anda avtobusun qarşısına minik avtomobilinin çıxması olub.

"Günəşli qəsəbəsində "Şirin yanı" deyilən ərazidən gələn avtobusun sürücüsü sola dönmə edəndə qarşısına qəfildən minik maşın çıxıb. Sürücü onu vurmamaq üçün sola dönməli olduğu halda sükanı sağa çevirib. Nəticədə iki maşını sürtüb və avtobusu yolun kənarında yaşıllıq hissəyə çıxarıb. Avtobusda az sərnişin olub, xəsarət alan yoxdur. Avtobusun dəydiyi avtomobillərə də ciddi ziyan dəyməyib. Avtobusa ziyan dəyib - qabağı əzilib. Hadisə baş verən kimi əməkdaşlarımız əraziyə gediblər, artıq avtobus ərazidən götürülüb", - deyə B.Aslanov bildirib.

16:36

Bakının Suraxanı rayonu, Günəşli qəsəbəsində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayımlanıb.

Qeyd olunub ki, 50 nömrəli xətt üzrə hərəkət edən avtobus yol kənarındakı arakəsməyə çırpılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün saat 14:00-da baş verib:

"İlkin məlumata əsasən, hadisə nəticəsində altı nəqliyyat vasitəsinə ziyan dəyib. Belə ki, 50 nömrəli xətt üzrə hərəkət edən avtobus digər beş nəqliyyat vasitələrinə çırpılıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Qeyd edim ki, Günəşlidə iki avtobusun yarışması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir", - deyə R. Əhmədli bildirib.

29.01.2025 18:57
926

(MGID): :
OXŞAR XƏBƏRLƏR