Paytaxtda sərnişindaşıma ilə məşğul olan avtobuslardan birində təhlükəli görüntü qeydə alınıb.
Panarama.az bildirir ki, bu barədə video BAKU.WS-in "qaynar xətti"nə göndərilib.
Sabunçu rayonu, Ramana qəsəbəsi və 8-ci kilometr bazarı istiqamətində hərəkət edən 214 nömrəli müntəzəm marşrut avtobusunun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb. O, avtobusu qapısı açıq vəziyyətdə idarə edir. Sərnişinlər avtobusun qapısından sallanaraq gedirlər.
Sözügedən görüntüləri təqdim edirik: