66b3d0891df47202408245241
Bakıda SİLAHLI İNSİDENT baş verdi - Güllələnən var

Avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.  

DİN-in Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. 

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.


07.08.2024 23:51
786

(MGID): :
OXŞAR XƏBƏRLƏR