67d02f522fda4202503254050
Bakıda sürücünün döyülməsinin SƏBƏBİ BİLİNDİ - O, “TikTok”da ....VİDEO

Bakının Binəqədi rayonu ərazisində bir neçə nəfərin sürücünü döyməsinin bəzi təfərrüatı məlum olub.

 

Panarama.az  xəbər verir ki, döyülən şəxs təqsirləndirilən şəxslərdən birinin xanımına sataşıb. Buna görə də aralarında mübahisə yaranıb. Mübahisə zamanı döyülən şəxs avtomobillə onunla söhbətə gələn şəxslərin avtomobilini vuraraq qaçıb.


Təqsirləndirilən şəxslər onun arxasınca düşərək tıxacda saxlaya biliblər. Aqressivləşən şəxslər sürücünü döyməyə başlayıb.


Məlumata görə döyülən şəxs “TikTok” istifadəçisi olub. Sosial şəbəkə vasitəsilə həmin şəxslərdən birinin xanımına mesaj yazıb.
 

Xatırladaq ki, hadisəyə görə 3 nəfər (Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov) məsuliyyətə cəlb edilib. Onlar barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
 

Qeyd edək ki, məsuliyyətə cəlb edilən şəxslər ticarətlə məşğul olan şəxslərdir, daha əvvəl cinayət məsuliyyətinə cəlb edilməyiblər. (Musavat.com)

11.03.2025 16:40
291

(MGID): :
OXŞAR XƏBƏRLƏR