Bakıda tanınmış alim yol qəzasında həlak olub.
Panarama.az APA-ya istinadən bildirir ki, professor Arif Acaloğlu yol qəzasında həlak olub.
Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.
Azər Maqsudovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən Acaloğlu Arif Mikayıl oğlunu vurub.
Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Qeyd edək ki, ədəbiyyatşünas-semiotik Arif Acaloğlu Yedditəpə Universitetinin dosenti idi.