65e7e757eacca202403244735
Bakıda tanınmış restoranda dava düşüb, bıçaqlanan var

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

Panarama.az APA-ya istinadən bildirir ki, hadisə "Papaq" restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

06.03.2024 06:49
364

(MGID): :
OXŞAR XƏBƏRLƏR