651272081fa7f202309235416
Bakıda toy məclisində kütləvi dava... Yaralanan var...

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində toy mərasimində yaranan mübahisə kütləvi dava ilə nəticələnib, 27 yaşlı gənc ağır xəsarət alıb.


Panarama.az report-a istinadən xəbər verir ki, hadisə zamanı 1996-cı il təvəllüdlü Bəşirov Musaqulu Mübariz oğlu xəsarət alıb.


Yaralı təcili tibbi yardımın köməkliyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz-baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub.


Hadisənin təfərrüatı araşdırılır.

26.09.2023 09:53
336

(MGID): :
OXŞAR XƏBƏRLƏR