6705c4328ace8202410244554
Bakıda xəstəxana yaxınlığında yanğın hadisəsi baş verib... VİDEO

Bakıda güclü yanğın baş verib. 

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, yanğın Xətai rayonunun Ramiz Quliyev küçəsində təkər tullantıları toplanmış qarajda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun "112" qaynar xəttinə ilkin məlumata əsasən təkər tullantıları toplanmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub. Yanğın 25 dəq davam edib və FHN əməkdaşları tərəfindən söndürülüb. 

Qeyd edək ki, yanğının baş verdiyi qarajın yaxınlığında Respublika Neyrocərrahiyyə Xəstəxanası, yanacaqdoldurma məntəqəsi və yaşayış binası var.


Həmin görüntüləri təqdim edirik:


09.10.2024 03:33
360

(MGID): :
OXŞAR XƏBƏRLƏR