Bakıda iki nəfər yağış suyundan həyatını itirib.
Panarama.az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumatına görə, hadisə "Sabunçu keçidi" adlanan ərazidə qeydə alınıb.
***
11:34
Paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində iki nəfərin batması iddiası ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən məlumat verilib.
***
10.32
Sosial şəbəkələrdə tunelin su altında qalması və iki nəfərin boğulması ilə bağlı məlumatlar yayılıb.
BAKU.WS yayılan xəbərləri dəqiqləşdirmək üçün FHN-in mətbuat xidmətinə müraciət edib.
Bildirilib ki, qeyd olunan məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb edilib.
Əlavə məlumat veriləcək.