651a56b714ab8202310233551
Bakıda yol nəqliyyat hadisəsi baş verdi...Ölən var - FOTO

Bakı dairəvi yolunda qəza nəticəsində ölən piyadanın şəxsiyyəti müəyyən edilib.

Panarama.az APA-ya istinadla xəbər verir ki, ölən piyada 1988-ci il təvəllüdlü Ceyhun Mustafayevdir. 

 ****

Bakının Yasamal rayonunda piyadanın ölümünə səbəb olan qəza baş verib.


Referans.az APA xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Bakı dairəvi yolunun Yeni Yasamal yaşayış massivinə düşən hissəsində qeydə alınıb. 

Şosedə piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən təxminən 30-35 yaşlı kişini “Kia” markalı avtomobil vurub. Piyada zərbənin təsirindən hadisə yerində ölüb.


Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Şosedə sıxlıq yaranıb. Ölən piyadanın kimliyi müəyyənləşdirilir.

Sürücünün izahatı alınıb.

02.10.2023 09:33
307

(MGID): :
OXŞAR XƏBƏRLƏR