6658a414ef41a202405240644
Bakıda yolda gördüyü qızları çəkib Tiktokda paylaşan şəxs həbs olundu

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu "TikTok" sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.

30.05.2024 20:05
219

(MGID): :
OXŞAR XƏBƏRLƏR