64db522a44384202308232338
Bakıdakı tozla bağlı vacib AÇIQLAMA

Son iki gün ərzində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur.

Panarama.az  Redaktor.az-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindənverilən məlumata görə, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə edilmiş məlumatların təhlilinə əsasən əgər avqust ayının 13-14-də tozun konsentrasiyası normadan 1,3-1,8 dəfə yüksək olubsa, hazırda havada tozun miqdarı normadan 2.5 dəfə artıqdır.

Qeyd olunub ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir: "Belə ki, davamlı cənub-şərq istiqamətli hava axınları ilə toz hissəciklərinin ölkə ərazisinə daxil olması müşahidə olunur. Bu günlərdə isti diskomfortla yanaşı tozun miqdarının normadan yüksək olmasını nəzərə alaraq açıq havada uzunmüddət olmaq tövsiyə olunmur. Ev və ofis şəraitində isə nəm təmizləmə işlərinin gün ərzində aparılması məsləhətdir, çünki belə hava xüsusilə tənəffüs orqanları problemi olan insanlarda narahatlıq hissi yarada bilər. Bu cür tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir".

15.08.2023 14:21
262

(MGID): :
OXŞAR XƏBƏRLƏR