Bakıdan Lənkərana qonaq gedən qadın eyvandan yıxılaraq ölüb
Panarama.az APA-ya istinadla xəbər verir ki, hadisə Vel kəndində baş verib.
Bakı şəhər sakini, üç uşaq anası, 1980-ci il təvəllüdlü Tünzalə Hidayət qızı Ələkbərova istirahət etmək üçün Lənkərana tanışının evinə gedib. O, eyvanda durarkən məhəccərə söykənib və məhəccərin qopması səbəbindən hündürlükdən yıxılıb. Nəticədə o, başından aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.