672df377b441b202411241815
Bakıdan uçan təyyarədə TƏXRİBAT: Pilotları lazerlə kor etməyə çalışıblar

Azərbaycandan Rusiyaya uçan təyyarənin pilotlarını səmada lazerlə kor etməyə çalışıblar.

Panarama.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, noyabrın 6-da Rusiyanın “İrAero” aviaşirkətinin Bakıdan Nijni Novqoroda uçan sərnişin təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Enişdən az əvvəl ekipaj pilot kabinini yaşıl lazerlə işıqlandırmaq cəhdi barədə məlumat verib.

Hadisə uçuşun təhlükəsizliyinə təsir etməyib: təyyarə təyinat hava limanına təhlükəsiz eniş edib.

Bundan əvvəl başqa bir Rusiya aviaşirkətinin pilotlarını göydə lazerlə kor etməyə çalışıblar. Hadisə noyabrın 5-də Novosibirskdən Moskvaya uçan Airbus A320 təyyarəsində baş verib. Paytaxtın hava limanına enməzdən bir qədər əvvəl ekipaj pilot kabininin yaşıl lazerlə işıqlandırıldığını bildirib.

08.11.2024 15:17
8494

(MGID): :
OXŞAR XƏBƏRLƏR