66a88650a46e2202407242104
Bakının bağlanan məşhur bazarı açılır

Ləğvetmə prosesində olan Montin Bazar ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Panarama.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, yığıncaq sentyabrın 14-nə təyin olunub.

Qeyd edilib ki, yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Çünki səhmdarlar ASC-nin ləğv olunmaması məsələsini müzakirə edəcəklər.

Məlumat üçün bildirək ki, bazarın sahibləri ötən il iyunun 29-da keçirilən yığıncaqda cəmiyyətin ləğv edilməsi, ləğvetmə komissiyasının yaradılması və bu komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi haqqında məsələləri müzakirə etmişdilər. İyulun 9-da isə ASC ləğv olunduğunu açıqlamışdı.

Amma cari il sentyabrın 14-nə təyin olunan yığıncaqda ötən il iyunun 29-da keçirilən yığıncaqda verilmiş qərarların və onun nəticələrinin ləğv edilməsi məsələsi müzakirə olunacaq.

Eləcə də cəmiyyətin müşahidə şurası, icra orqanı yenidən formalaşdırılacaq və təftiş müfəttişi seçiləcək.

Bundan əlavə, toplantıda ötən ilin illik maliyyə balansı təsdiq ediləcək.

Qeyd edək ki, "Montin Bazar" ASC 8 oktyabr 1999-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 194 min 682 manat olan ASC-nin qanuni təmsilçisi Emiliya Əlisa qızı Quliyevadır.

30.07.2024 10:18
818

(MGID): :
OXŞAR XƏBƏRLƏR