67f88c58cd770202504252824
Bakının bu ərazisində su olmayacaq

Sabah saat 10:00-dan axşam saatlarına qədər Zabrat qəsəbəsinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

 

Panarama.az bildirir ki, bu barədə Sfera.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

     

    Məlumata görə, fasiləyə səbəb qəsəbəni içməli su ilə təchiz edən xətdə təmir işlərinin aparılmasıdır.

     

    İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək. 

    11.04.2025 07:27
    205

    (MGID): :
    OXŞAR XƏBƏRLƏR