Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün axşam saatlarından sabah günün I yarısına qədər Bakının Xəzər rayonunun Binə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Panarama.az BAKU.WS-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi xəbər verib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.