684019cbdf5e2202506250251

Bakının mərkəzində daha bir məşhur restoran sökülür

04 İyun 2025
222

Bakının Nərimanov rayonunda yerləşən daha bir məşhur restoran sökülür.

 

Panarama.az Modern.az-a istinadla xəbər verir ki, ərazidə yerləşən "Xal-Xal" restoranının söküntüsünə başlanılıb.

 

Görüntülər sosial şəbəkədə paylaşılıb. Restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.

 

Xatırladaq ki, bundan əvvəl ərazidə yerləşən "Şəki" restoranı sökülüb.