Aktyor Corc Qafarovun başına iş gəlib.
Panarama.az xəbər verir ki, uzun müddətdir Rusiyada filmə çəkilən Corc Bakıya qayıdanda başına gələnləri videoaçıqlama ilə danışıb. O bildirib ki, paytaxta çatan kimi sosial şəbəkə hesabları bloklanıb:
"Rusiyada bir layidədə çəkildim. 3 aylıq bir iş idi. Çəkilişlər Rusiya və Türkiyədə olub. Hazırda instaqramım, vatsapım bloklanıb. İkinci instaqram açdım, onu da blokladılar. Ola bilsin digər sosial şəbəkədən də məni bloklasınlar. Kimin gücüdür, bilmirəm. Mənim heç bir günahım, səhvim yoxdur. Hətta hava limanından çıxanda beş nəfər mənə yaxınlaşdı. Hansısa qüvvələr Azərbaycana enən kimi məni sıxışdırmağa başlayıb. Mənim əlaqələrimi kəsməyə çalışırlar. Burada nə məqsəd var, niyə edilir bilmirəm. Bir onu bilirəm ki, mənim günahım yoxdur. Həyata gözəl baxıram. Yeni nömrə, telefon, hər şey olacaq. Amma qarşımı kəsməyə çalışırlar. Bilmirəm hansı qruma müraciət edim. Çox güclü qüvvələrdir"./axşam.az