Bakıya məcburi eniş edən Dubay-Moskva təyyarəsində qeyri-etik davranışlar sərgiləyən sərnişin Roman Paxomovun görüntüləri yayılıb.
Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, sərnişin içəridə qışqırıb, işçiləri təpikləyib. Məlum olub ki həmin şəxs özü ilə gizlincə spirtli içki gətirib, təyyarədə içib və sərxoş olub. O oyandıqdan sonra heç nə xatırlamayıb.
Sərnişinlərin sözlərinə görə, kişi salona daxil olanda ayıq və sakit olub.