66a53e6a3c314202407243730
Bakıya gətirirdilər, yolda dünyasını dəyişdi– Başına bit düşmüşdü, bu dərman əcəli oldu...FOTO

Xızı rayon Altıağac qəsəbəsində 2017-ci il təvəllüdlü Eyvazlı Ümid Mərdan oğlu bədbəxt hadisə nəticəsində ölüb.

Panarama.az-ın məlumatına görə, 7 yaşlı uşağın başına bit düşüb.

Bundan sonra azyaşlı, başına mal-qara üçün nəzərdə tutulan neastol dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və o, Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Oradan da Bakıya Respublika Klinik Xəstəxanasına gətirilən uşaq yolda dünyasını dəyişib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır./qafqazinfo.az

basina-bit-dusen-usaq-o-dermandan-istifade-edib-oldu

27.07.2024 22:35
493

(MGID): :
OXŞAR XƏBƏRLƏR