Bakıya giriş məhdudlaşdırıla BİLƏR - İnsanlar şəhəri tərk edib RAYONLARA GEDƏCƏKLƏR...
Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda keçiriləcək.
Tədbirlə əlaqədar Azərbaycanda orta məktəblərdə payız tətilinin vaxtı dəyişdirilib. Nazirlər Kabinetinin qərarına görə, məktəblərdə payız tətili noyabrın 12-dən 22-dək olacaq. Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda peşə və ali məktəblər distant təhsilə keçiriləcək. Həmçinin, COP29-la əlaqədar dövlət orqanlarında iş rejimi dəyişəcək. Dövlət orqanları əməkdaşlarının 30 faizi yerində, işçilərin qalan 70 faizi məsafədən (evdən) işləyəcək, iş qrafiki növbəlilik qaydasında təşkil ediləcək.
Bakıya rayonlardan gediş-gəlişin intensiv olduğunu nəzərə alsaq, COP29 tədbiri ilə bağlı şəhərə gediş-gəlişə məhdudiyyətlərin qoyulacağı da geniş müzakirə olunan mövzulardandır.
Mövzu ilə bağlı Referans.az-a nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev danışıb. Ekspert bildirib ki, 2015- ci ildə Bakıda Avropa Oyunlarının keçirildiyi zamanda da şəhərin müəyyən giriş nöqtələrində parkinqlər təşkil olunmuşdu: "Rayondan şəhərə gələnlər hökmən şəxsi maşınla gəlməlidirlər? Avtobusla da gələ bilərlər. Mən ekspert kimi bu xəbəri təsdiqləyə bilmərəm, amma belə bir şey olarsa, bunu dövlət elan edəcək". Müsahib məsləhət edib ki, yaxşı olar ki, tədbir ərəfəsində Bakıda yaşayanlar şəhəri müvəqqəti tərk etsinlər, yəni sıxlıq, maneə yaşamasınlar deyə rayonlara getsinlər: "Çünki məhdudiyyətlə olan şəhər sərbəst gördüyümüz şəhər tamam ayrıdır. Xüsusən də məsafədən işləmək imkanları da hazırda mövcuddur. Digər tərəfdən rayonlarımız daha rahatdır ki, nəinki şəhər"./qlobal.net