669fbba1d7b9e202407241809
Bakıya nəvəsini görməyə gələn baba “Poz-Qazan”dan 500 000 manat uddu – VİDEO

Uğurlu bilet Ordubad sakini Hüseyn Bünyatova nəsib olub. 66 yaşlı Hüseyn dayı Bakıya yeni doğulmuş nəvəsini görməyə gələrkən Bakıxanov qəsəbəsində yerləşən marketlərin birindən aldığı “Prestij” lotereyasında ən böyük uduş – 500 000 manata sahib olub. Sevincindən ağladığını deyən Hüseyn dayı qazandığı məbləğlə uzun illər kirayədə yaşayan oğluna və qızına ev alacağını, bir hissəsini isə Qarabağ Dirçəliş Fonduna ianə edəcəyini bildirib.

Əli düşərli satıcı Elçin Mehdiyev də belə gözəl bir hadisəyə vəsilə olduğu üçün məmnunluğunu qeyd edib. Qalib qədər sevincli olan Elçin bəy bunun böyük bir şans olduğunu vurğulayıb./mətbuat.az


23.07.2024 18:14
205

(MGID): :
OXŞAR XƏBƏRLƏR