64da4852c3969202308232922
Baldızının evindən oğurluq edən qadının cəzası artırıldı
Şəki Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Sevinc Bağırova və onun bacısı Bağçagül Əliyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Panara.az   pravda.az-a istinadən xəbər verir ki, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunub, Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, Sevinc Bağırovanın beş il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası altı il altı ay müddətinə, Bağçagül Əliyevanın beş il müddətinə azadlıqdan məhrumetmə cəzası altı il müddətinə artırılıb.
İttihama görə, Sevinc Bağırova bacısı Bağçagül Əliyeva ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında baldızı, zərərçəkmiş Vəsilə Bağırovanın yaşadığı evin həyətində olan sandıqda və evin otağındakı şüşəli dolabda saxladığı ümumilikdə 81 953 manat pulu 2021-ci ilin oktyabr ayının 10-dan 2022-ci ilin aprel ayının 18-nə qədər olan müddətdə oğurlayıb.
Daha sonra hər iki bacı zərərçəkmişin şikayəti əsasında saxlanılıb və onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
14.08.2023 19:27
155

(MGID): :
OXŞAR XƏBƏRLƏR