6543270f710d0202311233527
Balı belə yeməyin - İflic edir, öldürür
Balı düzgün yeməsəniz iflic ola bilərsiniz.

Panarama.az xəbər verir ki, dadı ilə məşhur olan və səhər yeməyinin vazkeçilməz hissəsinə çevrilən bal sağlamlığa faydaları ilə tanınır.
Balın tərkibindəki antioksidantlar, vitaminlər və minerallar sayəsində immunitet sistemini gücləndirə, yaraların sağalmasını sürətləndirə və öskürəyi azalda bilər. Bununla belə, miqdarına diqqət yetirmək vacibdir.


Balın həddindən artıq çox yemək yüksək şəkər qəbuluna səbəb ola bilər. Artan şəkər tip 2 diabet riskini artırır.

Bundan əlavə, yüksək miqdarda şəkər qəbulu piylənmə və ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

İşlənməmiş və ya pasterizə olunmamış balda botulinum toksini ola bilən bakteriyalar var. Bu toksin xüsusilə körpələrdə qida zəhərlənməsinə səbəb ola bilər. Hətta tənəffüs əzələlərini iflic edərək ölümcül nəticələrə səbəb ola bilər.

Buna görə də bir yaşdan kiçik körpələrə bal verməyin!/bakupost.az

02.11.2023 08:33
560

(MGID): :
OXŞAR XƏBƏRLƏR