Karyerasını naməlum və indiyədək qeydə alınmamış dəniz canlılarına həsr edən rus dəniz alimi Roman Fedortsov son dərəcə maraqlı balıq kəşf edib.
Panarama.az Ölkə. Az-a istinadən bildirir ki, xarici mediada verilən xəbərə görə balığın insan dişlərinə bənzəyən dişləri olduğunu anlayan Roman balığın fotolarını izləyiciləri ilə bölüşüb.
Belə ki, balığın iri üzgəcləri, qara və boz ləkələri, ağzında çoxlu iri dişləri, o cümlədən azı dişləri var.
İnsan dişləri olan “Qurd ilan balığı” kimi tanınan bu canlılar xərçəng və istiridyə kimi sərt qabıqlı heyvanları yeməyi xoşlayır və göründüyü qədər vəhşi deyillər.
Uzunluğu 2,4 metrə qədər böyüyə bilən "Qurd ilan balığı" su altında 200 metrə qədər yaşaya bilir.