666ddef30c143202406243531
Balıq tutmaq istəyən kişi faciəvi şəkildə öldü

Şəmkirdə 43 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Panarama.az xəbər verir ki, Kür çayının Şəmkir rayon ərazisindən keçən hissəsində, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutan zaman ehtiyatsızlıqdan yıxılıb və balıq tutmaq üçün nəzərdə tutulan metal qarmaq onun ürəyinə batıb. 

O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

15.06.2024 22:34
392

(MGID): :
OXŞAR XƏBƏRLƏR