66a098a13ae6a202407240105
Balta ilə hücum edən, dostunu, tanışını və kafedə müştərini bıçaqlayan MƏŞHURLAR - FOTO - SİYAHI

Ötən gün Xalq artisti Ağadadaş Ağayevin balta ilə xəstəxana mühafizəçisinə hücum etməsi xəbəri müzakirələrə səbəb odu. Ölkə gündəmini sözün əsl mənasında silkəyən bu hadisə ilə məşhur şəxslərin və şou-biznes nümayəndələrinin keçmişindəki kriminal hadisələri yenidən xatırlamalı olduq.

Bu dəfə Panarama.az adı cinayət hadisəsində hallanan məşhurları oxuculara təqdim edir:

Məşhur meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) adı gözlənilmədən kriminal aləmdəki tanınmışlar siyahısına düşdü. O 2022-ci il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirdi. Daha sonra R.Əmirov istintaqa cəlb edildi. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçildi. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirildi. Ekspertiza isə müəyyən etdi ki, Rəşad Dağlı İskəndərə ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Meyxanaçı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürüldü. Rəşad Dağlıya Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxundu və 9 il 6 ay azadlıqdan məhrum edildi.

Azərbaycanı "Avroviziya-2008” mahnı

müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə də adı cinayətdə hallanan məşhurlardandır. O, illər əvvəl dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanılıb. Hadisə 2011-ci il sentyabrın 20-də baş verib.

Tanınmmış müğənni Ziba Osmanova bu il mayın 8-də Suraxanı rayonunda törətdiyi yol qəzasında iki azyaşlını vurub. O qəzanı "Changan" markalı avtomobili ilə törədib. Müəyyən xəsarətlər alan uşaqlar dərhal xəstəxanaya yerləşdiriliblər. Vəkillər bildirib ki, əgər uşaqlardan birinin ağır bədən xəsarət aldığı sübut olunarsa, onda sürücü CM-nin 263.1-1 maddəsinə əsasən 3 ilədək həbs oluna bilər. Ancaq bu maddədə cərimə yoxdur, real cəza var. Ola bilsin ki, 2 uşaq xəsarət aldığına görə sürücü həm CM-nin 263.1 və 263.1-1 maddələri ilə ittiham edilsin. Burda bir məqam da var. Əgər piyada yüngül xəsarət alarsa və o sürücüdən şikayətçi olmasa, onda sürücü cəzadan azad ola bilər”.

Bloger Səbinə Kətanovanın avtomobillə

piyadanı vuraraq hadisə yerindən qaçdığı iddia edilib. Belə ki, bloger özünə aid “Toyota Prado” markalı avtomobillə yolu keçmək istəyən piyada Faiq Quliyevi (şərti) vurub. Hadisə Nərimanov rayonu ərazisində baş verib. Bloger hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb. Bundan sonra müvafiq kamera görüntüləri araşdırılıb və S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.


Müğənni Elçin Məmmədov paytaxtda kafelərdən birində oxuyarkən adam bıçaqlayıb. Hadisə Nərimanovda baş verib. Gecə saat 02.00 radələrində kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri müğənniyə atmaca atıb. Müğənni onların kafedən getməsini gözlədiyini, amma müştərilərin danışmaq üçün müğənnini çölə çağırdıqlarını deyib. Qəzəblənən Elçin Məmmədov Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımovun oturduğu avtomobilə yaxınlaşıb və onu bıçaqlayıb. “Dedim düş aşağı, düşən kimi 2 zərbə endirdim” - deyə, sənətçi qeyd edib. Faktla bağlı CM-nin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, CM-nin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən 2 il sınaq müddəti tətbiq olunmaqla cəzası şərti hesab edilib və o məhkəmə zalından azadlığa buraxılıb./baku.ws

24.07.2024 09:59
1154

(MGID): :
OXŞAR XƏBƏRLƏR