Tacikistanda “Orienbank”ın idarə heyəti sədrinin birinci müavini Şuxrat İsmatulloyevin meyiti tapılıb.
Panarama.az xarici mediaya istinadla bildirir ki, ölkənin baş prokuroru Yusuf Rəhmon bildirib ki, bankir iyun ayında oğurlanaraq öldürülüb.
“İsmətulloyevin meyiti keçən bazar günü çaydan tapılıb”, o, jurnalistlərə bildirib.
Cəsədin kimliyi dişlərindən müəyyən edilib. Bankirin qətli ilə bağlı 13 nəfər saxlanılıb, daha üç nəfər axtarışdadır.
Qeyd edək ki, İsmatulloyev iyunun 23-də axşam oğurlanıb, tapança ilə işgəncələrə məruz qalıb, ertəsi gün isə öldürülüb. Cinayətkarlar cəsədi çaya atıblar.