652f8bb640170202310233934
Baş Prokurorluq açıqlama yaydı: Ölənlər var

Zabratda iki şəxsin bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb.

Panarama.az xəbər verir ki, bu barədə Oxu24.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi nəticəsində almış olduqları xəsarətlərdən xəstəxanada ölmələri faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

18.10.2023 11:38
410

(MGID): :
OXŞAR XƏBƏRLƏR