6535fd4e526ec202310235750
Başlayan nevrozun ilk ƏLAMƏTLƏRİ...

Azərbaycanda nevroz olmayan insan az tapılır. Bir çox sinir, nevroloji və psixi xəstəlikləri insanlar ümumi nevroz altında birləşdirir və nevrozun müalicəsini axtarırlar.

“Medicina” başlayan nevrozun ilkin əlamətlərini təqdim edir:
- Hər şeyə irad tutmaq, qıcıqlanmaq. Ən lazımsız, dəyərsiz xırda bir şey, qonşunun baxışı, işdə kolleqanın sualı səni özündən çıxarır. Dərhal hamıya həyatda necə düzgün yaşamağı başa salmaq istəyirsən. Fikirlərini də çox emosional bildirirsən.

- Küsəyənlik, tez incimək. Özünə münasibətdə, davranışda ancaq neqativ görürsən. Hər kər hər şeyi qəsdən edir. Yaxşını isə görmürsən.

- Takıntı halı. Keçən həftə başına gələn kiçik neqativi və ya kiminsə sözünü unutmursan. Ürəyində onunla mübahisə edir, necə cavab verəcəyəni düşünür, özünü qınayırsan.

- Düşmən axtarmaq. İstənilən həyat vəziyyətlərində ancaq neqativ axtarırsan. Çox adam sənə ədalətsiz görünür. Müdir yaramazdır, qonşular paxıldır, internetdə yalançılardır, dünyada hər kəs sənə zərbə vurmağa çalışır.

- Yuxusuzluq, narahat yuxu – nə qədər yorğun olsan da, rahat yatmırsan, hətta yuxuda da günün problemini düşünüb, ürəyində kimisə asıb kəsirsən.

Səhər də heç yatmamış və dincəlməmiş oyanırsan.

Əgər artıq bu problemlər varsa, nevroloq və psixiatra müraciət edin.


23.10.2023 08:54
383

(MGID): :
OXŞAR XƏBƏRLƏR