"Başqa dünyada görüşəcəyik" - Dostlarından Azərin ad gününə... VİDEO

Dostları mərhum aktyor Azər Baxşəliyevin ad günü münasibəti ilə layihə təqdim ediblər. 

Panarama.az Axşam.az-a istinadla xəbər verir ki, müğənnilər Elçin Cəfərov, Hiss və Rafo "Sınıq pəncərə" adlı mahnı oxuyub. Bəstənin musiqisi Tərlan Məmmədhüseynov, sözləri Rafael Şabanova məxsusdur. 

Mahnının klipi üçün mərhumun həyat yoldaşı Nigar Baxşəliyeva, dostları İlkin Həsəni və xanımı Aysel, Tərlan Məmmədhüseynov və həyat yoldaşı Lalə, Elşən Orucov kamera qarşısına keçiblər. 

Ekran işində Azərin dəfnindən və həyatından olan videolar da yer alıb. 

Qeyd edək ki, Azər uzun sürən böyrək çatışmazlığından dünyasını dəyişib.