6516f495abfb7202309230021
Bayram Nurlu: “Doğmalarım ölsəydi, bu qədər ağlamazdım” - VİDEO

"İnstagram" fenomeni, özünü ekstrasens kimi təqdim edən Bayram Nurlu millət vəkili Qənirə Paşayevanın ölümündən danışıb.

Kədərli xəbərin çıxmmasından sonra paylaşım edən Bayram hər kəsin gözü önündə hönkür-hönkür ağlayıb:
"Heç vaxt inanmazdım ki, mən hansısa bir millət vəkili üçün bu qədər ağlayacam. Xəbəri eşidəndən bəri o qədər pisəm ki, bəlkə, bəzi doğmalarım ölsəydi, bu qədər ağlamazdım. Bir belə sözünü deyən, insanların qəlbində yer tapan millət vəkili gəlməyəcək. O qədər pis olmuşam, sanki öz doğmamı itirmişəm. Evdəkilər də deyir ki, niyə bu qədər ağlayırsan? Mən Qənirə xanımı millət vəkili, bir insan olaraq o qədər çox istəyirdim ki... Dua edirdim ki, sağalsın, ona qarşı o qədər istəyim vardı".
Bayram Nurlunun bu paylaşımını izləyicilər birmənalı qarşılamayıb. Bəziləri onu bu addımına görə tənqid edib, digərləri isə onu şou göstərməkdə ittihamlayıb.
Qeyd edək ki, naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayeva Mərkəzi Klinik Xəstəxanasında 23 sentyabrda yerləşdirilmişdi, ötən gün dünyasını dəyişib.


29.09.2023 19:57
1204

(MGID): :
OXŞAR XƏBƏRLƏR