Bədəni gücləndirmək üçün qoz-fındıq və quru meyvələrin müalicəvi əhəmiyəti var.
Panarama.az quru meyvəllərdən hazırlanan resepti təqdim edir:
Tərkibi:
- 3 limon
- 200 qram qoz
- hər biri 150 qram kişmiş, quru ərik və gavalı
- 200 qram bal
- qızılgül siropu
Hazırlanması:
Limon, qoz, kişmiş, quru ərik və gavalını doğrayıb şüşə qaba yerləşdirmək, üzərinə bal və qızılgül siropu əlavə edib yaxşıca qarışdırıb sərin yerdə bir həftə saxlamaq lazımdır.
Müalicəvi dərmanı gündə bir dəfə acqarına bir xörək qaşığı qəbul etməlisiniz. Müalicə kursu qarışıq bitənə qədərdir.
İldə iki dəfə belə bir müalicə aparmaq yaxşıdır./saglamolun.az