66326cb554318202405242421
Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”

Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə son paylaşımı ilə müzakirələrə səbəb olub. 

Sosial şəbəkə hesabında Heydər Əliyev sarayının qarşısında növbə gözləyən insanları paylaşan aktyor görüntülərə yazdığı şərhlə diqqət çəkib. 

Belə ki, Bağırzadənin paylaşımına “Şəhər mədəniyyəti” yazması bəzi izləyicilərin hiddətinə səbəb olub. Onlar sənətçinin “kəndli-şəhərli” mövzunu yenidən gündəmə gətirdiyini deyərək onu tənqid atəşinə tutublar. 

Görüntülərə “Bəhram bəy deyəsən, darıxır, yeni qalmaqal istəyir. Loru dildə desək, qaşınır”, “Şəhər mədəniyyəti yox, sıra mədəniyyəti”, “Hörmətli, Bəhram bəy. Axı niyə hər dəfə bu şəhər-kənd mövzusunu çıxarırsınız ortaya? Mütləq onu vurğulamalısınız? Axı tarixi siz əla bilirsiniz. Tarixə baxın görün rayonlardan nə qədər yüksək mədəniyyətli, intellektli, elmimizi, mədəniyyətimizi, incəsənətimizi irəli aparan insanlarımız çıxıb. O kosertdə də şəxsən özüm tanıdığım neçə-neçə insan var ki, rayonda böyüyüb başa çatıb. Axı rayonlular arasında da sizə dəyər verən, sizi izləyən saysız-hesabsız insanımız var, mən də onların sırasında” kimi çoxsaylı şərhlər yazılıb. 

B.Bağırzadə yazılan şərhləri cavabsız qoyub. (yenisabah.az)


01.05.2024 20:20
672

(MGID): :
OXŞAR XƏBƏRLƏR