Belinizdə ağrılar təkcə radikulit, osteoxondrozdan olmaya bilər. B 12 vitamini defisitində də belə ağrılar olur.
Bəs B 12 çatışmazlığını necə bilmək olar?
Axı bu vitaminin sutkalıq dozası cəmi 2-3 mkq-dır. Amma cüzi defisit belə ciddi problemlər yaşadır.
Panarama.az xəbər verir ki, bu vitamin hüceyrələri zülal, yağ və karbohidratla təmin edir. B 12 əhval-ruhiyyədən tutmuş həzmə kimi çox proseslərdə iştirak edir. İnsanlarda bu sahələrdə problem olduqda, hər şeydən şübhələnirlər, bircə B 12 yada düşmür.
B 12 yetməzliyi ilk növbədə anemiya-qanazlığına səbəb olur.
B12-nin toplandığı yer böyrəklər, ağciyərlər, dalaqdır. Maksimal dozası isə qaraciyərdə olur. Uşaq və böyüklərdə B 12 çatışmırsa, onlarda mütləq anemiya və immunitet zəifliyi olur.
Bu vitamin bütün sinir əsəb sisteminin normal işi üçün lazımdır. Əgər defisit olsa, beyin və sinir sistemində neyronlarda degenerativ dəyişiklər baş verir.
İnsan yaşlaşdıqca qidadan B 12-nin mənimsənilməsi və ehtiyatı azalır. Ona görə yaşlı insanların xarakteri korlanır, daha əsəbi olur. Eləcə də bu vitamin defisiti insult və infarkt riskini artırır.
Depressiya, yaddaş zəiflliyi, gərginlik, bədəndə qarışqa gəzməsi hissi, gəzərkən səntirləmək, ayaqlarda yorğunluq, barmaqlara uyuşma, bədəndə, beldə ağrılar - bunlar b 12 defisitində rast gəlinən adi simptomlardır.
Vaxtında diqqət yetirmədikdə xroniki hala çevrilir.
B 12 defisiti həll olunmadıqda onurğa beynin işi pozulur, baş gicəllənmə, hətta bayılma da ola bilər.
Bu element insanın daxili bioloiji ritmi və saatını tənzimləyir. Çatışmadıqda, hər şey pozulur.
Kimlərdə defisit olur:
- İlk növbədə qanazlığı, dəmir defisit, qan xəstəlikləri olanlarda
- Zəif, balanslaşdırılmamış qidalanmada - heyvan mənşəli məhsullar yemədikdə
- Bağırsaq və mədədə problem olduqda, selikli qişası pozulduqda
- Nazik bağırsaqda iltihab olduqda
- Mədə-bağırsaq əməliyyatı keçirənlərdə
- Alkoqol içki içənlərdə
- Bəzi dərmanlar qəbul edənlərdə
- Şəkərli diabetlərdə
Əgər bu əlamətlər varsa, B 12 analizi verib, mütləq əlavə B 12 vitamini qəbul edilməlidir.
Əsas ərzaqlar: bütün növ ət, ət məhsulları, qaraciyər, yumurta, balıq, süd, pendirdədir
Meyvə, tərəvəzdə B 12 yoxdur.
Ona görə ət və süddən imtina edənlərdə mütləq bu defisit olur.
Ümumi qan analizində B 12 çatışmazlığı hemoqlobin, eritrositlərin sayında və rəng göstəricisində özünü göstərir.
B 12 vitamini çatışmayanların mədə-bağırsaq sistemi də yoxlanmalıdır. /medicina.az