669de00b90419202407242859
Bella Hadid "Adidas"ı məhkəməyə verəcək

Supermodel Bella Hadid 1972-ci il Olimpiadası ilə bağlı qalmaqallı reklamdan sonra "Adidas" ilə məhkəməyə hazırlaşır.

Panarama.az gazeta.ru-ya istinadən xəbər verir ki, Hadid məhkəməyə müraciət edəcək vəkilləri işə götürüb.

Supermodel "Adidas"ın ondan reklam kampaniyasında istifadə etməsinə və adının qalmaqala qarışmasına görə məsuliyyət daşımasını istəyir.

Qeyd olunur ki, məşhur hələlik brendlə müqaviləni pozmayıb.

Xatırladaq ki, bu yaxınlarda "Adidas" fələstinli model Bella Hadidin çəkildiyi idman ayaqqabısı reklamına görə üzr istəyib. Brend 1972-ci ildə Münhen Olimpiadasının şərəfinə ayaqqabı buraxıb. Olimpiada zamanı 11 israilli idmançı Fələstinin "Qara sentyabr" terror qruplaşması tərəfindən girov götürülərək öldürülüb./oxu.az

22.07.2024 08:27
228

(MGID): :
OXŞAR XƏBƏRLƏR