64ddcb2de59fa202308232429
"Beşiktaş" - "Neftçi" oyununun başlama saatı dəyişdirilib

"Neftçi"nin Türkiyədə "Beşiktaş"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib.

Panarama.az report-a istinadən xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 21:00-da yox, 22:00-da start götürəcək.

Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, "Neftçi Arena"dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.

17.08.2023 11:22
129

(MGID): :
OXŞAR XƏBƏRLƏR