651a46fa135a0202310232842
Beyin əməliyyatlarını süni intellekt icra edəcək

Britaniyanın aparıcı neyrocərrahları bildiriblər ki, iki il ərzində süni intellektdən (AI) istifadə edərək beyin əməliyyatı aparılması mümkün ola bilər ki, bu da neyrocərrahiyyəni daha təhlükəsiz və effektiv edir.

Lent.az xəbər verir ki, təcrübəli cərrahlar daha dəqiq beyin əməliyyatı aparmaq məqsədilə yeni AI texnologiyası ilə işləyirlər. London Universitet Kollecində işlənib hazırlanmış və süni intellekti vasitəsilə keçiləcək əməliyyat kiçik şişləri və beyinin mərkəzindəki qan damarları kimi kritik strukturları aşkar edir. Britaniya hökuməti hesab edir ki, bu metod neyrocərrahiyyə sahəsində mühüm addım olacaq.

Beyin cərrahiyyəsi dəqiqlik tələb edən və zəhmətli əməliyyatdır. Belə ki, cəmi bir millimetrlik şişi yanlış yoldan çıxarmaq xəstəni dərhal öldürə bilər. Beyinin mərkəzində yerləşən üzüm ölçüsündə olan hipofiz vəzini zədələməkdən də çəkinmək vacibdir. O, orqanizmin bütün hormonlarını idarə edir və onunla bağlı hər hansı problem korluğa səbəb olur. Britaniya Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasının məsləhətçisi, neyrocərrah Hani Markus deyir: "Əgər əməliyyat zamanı kiçik hərəkətlər etsəniz, o zaman şişi kifayət qədər çıxarmamaq riskiniz var. Əksinə, çox böyük sahədə əməliyyat aparsanız, bu, həqiqətən, beyinin vacib strukturlarına zərər verə bilər".

02.10.2023 08:27
255

(MGID): :
OXŞAR XƏBƏRLƏR