64d8d2d3b66e3202308235547
Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECOFEST” layihəsi uğurla başa çatıb - FOTO

1998-ci ildən etibarən hər il 12 Avqust - Beynəlxalq Gənclər Günü olması münasibətilə dünyada silsilə tədbirlər keçirilməkdədir.

Panarama.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu xüsusda Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECO-FEST” adlı ekoloji layihə reallaşıb.

Dənizkənarı Milli Parkda həyata keçirilən festivalın baş tutmasında əsas məqsəd sözügedən layihədə gənclərin iştirakı ilə ətraf mühitin tullantılardan təmizlənməsi, gənclər arasında təbiətin və ekosistemin qorunmasının təbliği və təşviqidir.

Layihənin ərsəyə gəlməsində Bakı və ətraf ərazilərdə yerləşən ali, həmçinin də orta təhsil müəssisələrində fəaliyyət göstərən 26 Tələbə Gənclər Təşkilatlarının iki mindən çox aktiv üzvünün iştirakı ilə 15,000-dən artıq plastik butulka yığılıb.

Festival zamanı tələbələr arasında ətraf mühitin təmiz saxlanılması ilə əlaqədar məlumatlılığın artırılması məqsədilə tələbə-gənclər ekoloji aksiyaya cəlb olunaraq, toplanmış plastik materiallardan müxtəlif əşyalar və irihəcmli qala hazırlayıblar. Hazırlanan materiallar tələbə-gənclər və şəhər əhalisi tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bu il “Beynəlxalq Gənclər günü” “Gənclər üçün ekoloji bacarıqlar: Dayanıqlı Dünyaya Doğru” şüarı altında qeyd olunur.

13.08.2023 16:54
254

(MGID): :
OXŞAR XƏBƏRLƏR