Bəzi ixtisaslar üzrə tədris müddəti 4 ildən 3 ilə SALINACAQ
“Ali məktəblərdə bəzi ixtisasların tədris müddətinin 4 ildən 3 ilə salınması ilə bağlı məsələ pilot layihə çərçivəsində növbəti illərdə həyata keçiriləcək”.
Panarama.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu, təhsilalanların sayının artırılmasına da səbəb olacaq:
"Hesab edirəm ki, bu, faydalı olacaq. Bu dəyişikliyin informasiya texnologiyaları və turizm sahəsində edilməsi nəzərdə tutulur".