Panarama.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "Dikdaban" verilişində deyib. Müğənni bir çox ifaçıları tənqid edib:
"Kişi oxuyanda bilməsilən ki, kişi səsidir. Elə oxuyan oğlanlar var ki, səsindən qadın iyi gəlir, tembri yoxdur. Hamısına şamil etmirəm. Hamının səsi var, oxumalıdır? Səs var ki, 10 metr qarşıya çatmır. O qədər aparat var ki, səsi qaldır hara istəyirsən. Ya da başqa bir müğənninin səsini qoyur. Senzura, baxan yoxdur. İndi məqsəd odur ki, oxuyum, məni toya aparsınlar. Ya da müğənni oxumağa yalvarır ki, məni qabağa ver. Bu sənət deyil, elə bil bazarda göyərti satırlar"./axsam.az