66032a275583b202403240351
Biləcəridə bədbəxt hadisə: Liftə minmək istədi, canından oldu. VİDEO

Paytaxtın Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində bədbəxt hadisə baş verib.

Panarama.az baku.tv-yə istinadən xəbər verir ki, martın 26-sı səhər saatlarında liftdə köməksiz qalan 44 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Mərhumun qonşusunun sözlərinə görə, qadın yuxarı qalxmaq istəyəndə qapı bağlanmamış lift hərəkət edib. Nəticədə o, liftlə binanın arasında qalıb:

"Bizim lift üç-dörd gündür bu vəziyyətdədir. Əvvəllər də bu cür hadisələr yaşanıb. Çağırırıq, gəlib düzəltmirlər".

Mərhumun qohumu bildirib ki, anasını xilas etmək istəyəndə oğlu da xəsarət alıb. Onun vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.

Link burada ⤵️

https://www.instagram.com/reel/C4_MKwsLyvj/?igsh=MWUxNmtqZmV0bW9sZg==


27.03.2024 00:00
600

(MGID): :
OXŞAR XƏBƏRLƏR