679d5598011e9202502255832
Bir ailənin 5 üzvünün həlak olduğu partlayışla bağlı TƏFƏRRÜAT - VİDEO

Ağcabədinin Hindarx qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı yeni detallar məlum olub.

Belə ki, yaxınlarının bildirdiyinə görə, uşaqlar qumbaranı qoyun otaran zaman tapıblar.

Panarama.az Oxu.az-a istinadən hadisə zamanı həlak olan Şamiq Quliyevin və nəvəsi Natiq Quliyevin görüntülərini əldə edib.


 
 15:08 
 Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb. Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb, onlardan üçü yetkinlik yaşına çatmayan şəxsdir: 1. Şamiq Əfqan oğlu Quliyev (1959); 2. Bəhruz Şamiq oğlu Quliyev (1983); 3. Məhəmməd Vidadi oğlu Məmmədli (2015); 4. Murad Vidadi oğlu Məmmədli (2018); 5. Natiq Namiq oğlu Quliyev (2018). İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: 1. Ülviyyə Şamiq qızı Quliyeva (Məmmədova) (1985); 2. Aysun Namiq qızı Quliyeva (2015). Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.



14:04
 "Ağcabədidə əl qumbarasının partlaması nəticəsində xəsarət alan Ülviyyə Məmmədli Bərdədən atası evinə bir neçə günlük qonaq gəlibmiş". Bunu Oxu.Az-a açıqlamasında Ağcabədi rayonu Hindarx qəsəbəsinin icra nümayəndəsi Elgün İsmayılov deyib. O bildirib ki, Ülviyyə Şamiq qız Məmmədlinin hər iki övladı hadisə nəticəsində həyatını itirib: "Hadisə zamanı Ü.Məmmədlinin həyat yoldaşı Bərdə şəhərində olub. Hazırda Ülviyyə Məmmədli və onun qardaşı uşağı xəstəxanadadır. Xəstəxanada olan uşağın sözlərinə görə, əl qumbarası zibillikdən tapılıb". 13:30 "Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində baş verən partlayışda xəsarət alan iki nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü azyaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub. Qeyd olunub ki, xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir. Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
01.02.2025 02:54
2754

(MGID): :
OXŞAR XƏBƏRLƏR